Şəmkir Rayon İcra Hakimiyyətinin keçmiş icra başçısı Aslan Aslanovun oğlu Ruslan Aslanovun qətlində təqsirləndirilən və Vüqar Əliyev əfv edilib.

Mia.az xəbər verir ki, Prezident İlham Əliyevin martın 18-də imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncamında adı var.

Sərəncama əsasən, V.Əliyevin ömürlük azadlıqdan məhrum etmə cəzası 25 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz olunub.

Bundan başqa, ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilən 3 nəfərin cəzası 25 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz olunub:

- Aslanov Azər Məhərrəm oğlu, 1972-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2001-ci il 16 iyul tarixli hökmü ilə məhkum edilmişdir.

- Əhmədov Araz Vidadi oğlu, 1974-cü ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2005-ci il 7 sentyabr tarixli hökmü ilə məhkum edilmişdir.

- Əliyev Vüqar İbrahim oğlu, 1981-ci Ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2016-cı il 15 sentyabr tarixli hökmü ilə məhkum edilmişdir.