"Qalatasaray" klubunun prezidenti Ünal Aysal futbolçusu Didye Droqba ilə görüşüb.

Klubun mətbuat xidmətinin rəhbəri Şükrü Ergün deyib ki, hücumçu görüş zamanı klub prezidentinə komandada qalmaq istədiyini söyləyib: "Biz də onun ayrılmasını istəmirik. Mourinyonun dediyi kimi, Droqba bir əfsanədir. "Çelsi" ilə matçda da o, bunu sübut edəcək".