Biləsuvar rayonunda bədbəxt hadisə baş verib.

Məlumata görə, Biləsuvar şəhər sakini, 1947-ci il təvəllüdlü Zəminə Həziyeva Bolqar çayına düşərək boğulub.

Mərhumun şəkər xəstəliyindən əziyyət çəkdiyi və ehtiyatsızlığdan çaya düşərək boğulduğu ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır/Report.