Azərbaycan Yazıçılar Birliyi üzvlərinin işğaldan azad edilmiş bölgələrə səfəri olacaq.

Mia.az xəbər verir ki, bu barədə Modern.az-a Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri Xəyal Rza məlumat verib.

O bildirib ki, müvafiq icazələr alındıqda ictimaiyyətə informasiya veriləcək: "Müəyyən qurumlar tərəfindən razılıq verildikdən sonra Azərbaycan Yazıçılar Birliyi olaraq azad olunmuş bölgələrə səfər edəcəyik".