Abşeron rayonunda 73 yaşlı qadın dəm qazından boğularaq ölüb.

Hadisə rayonun Saray qəsəbəsində qeydə alınıb.

Belə ki, 1948-ci il təvəllüdlü Tağıyeva Rəhilə Ruhulla qızı yaşadığı evdə dəm qazından boğularaq ölüb. Meyit aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır/Report.