Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifəsindən azad edilib.
Mia.az xəbər verir ki, Fidumə Hüseynova öz ərizəsi əsasında Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifəsindən azad olunub.
Onun yerinə hələlik təyinat yoxdur.
Xatırladaq ki, Fidumə Məmmədəli qızı Hüseynova vaxtı ilə Suraxanı rayonunda sabiq icra başçısı Hacıbala Abutalıbovla bir yerdə işləyib. O, həmin vaxtə rayon təhsil şöbəsinin müdiri olub. Daha sonra H.Abutalıbov Bakı meri olanda, xanım Hüseynova Binəqədinin icra başçısı olub. 2005-ci ildən isə BŞİH başçısının müavini vəzifəsinə təyin olunmuşdu.