Azərbaycan Tibb Universiteti tədris ocağında koronavirusa kütləvi yoluxma halının qeydə alınması ilə bağlı yayılan məlumatlara reaksiya verib.
ATU-dan verilən məlumta görə, tələbələr arasında kütləvi yoluxma yoxdur: "İndiyədək ATU-nun yalnız bir fakültəsində - I Müalicə profilaktika fakültəsinin 6 qrupunda təhsil alan bir neçə nəfərdə COVİD-19-a yoluxma aşkarlanıb. Həmin qruplar distant təhsilə keçirilib. Digər fakültələrimizin heç birində yoluxma halları qeydə alınmayıb.
ATU-nun bütün tədris binaları mütəmadi olaraq dezinfeksiya olunur. Klinik baza üzrə əyani dərslərə gələn hər bir tələbənin temperaturu ölçülür"