"İşğaldan azad edilmiş 9 rayon üzrə 124 yaşayış məntəqəsində daşınmaz əmlakın ilkin inventarlaşdırma işləri yekunlaşıb, 11 yaşayış məntəqəsi üzrə işlər davam etdirilir".
Mia.az xəbər verir ki, bu barədə İqtisadiyyat Naziri Mikayıl Cabbarov "Facebook"dakı səhifəsində yazıb.
Nazir bildirib ki, digər yaşayış məntəqələrinə təhlükəsiz giriş imkanları yarandıqca, inventarlaşdırma aparılacaq.