Koronavirus infeksiyası səbəbindən daha bir orta məktəbdə əyani təhsil dayandırılıb.

Məlumata görə, Ağdaş şəhərində yerləşən Bəkir Nəbiyev adına tam orta məktəb də distant təhsilə cəlb olunub.

Belə ki, təhsil müəssisəsində 2 şagird və 1 müəllimdə COVID-19 testinin cavabı pozitiv çıxdığı üçün Ağdaş rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən bu gündən etibarən dərs prosesinin distant təhsilə keçirilməsinə qərar verilib.

Qeyd edək ki, 2020-2021 ci tədris ilində rayon üzrə təhsil müəssilərində bu günə kimi 35 şagirdə, 9 müəllimdə COVID-19 virusu aşkar edilib/Report.