Azərbaycan Texniki Universitetinin (AzTU) Avtomatika və idarəetmə kafedrasının müəlliməsi əməkdaşı Rəna Kərimova 58 yaşında koronavirusdan vəfat edib.

Mia.az xəbər verir ki, bu barədə AzTU-nun mətbaut katibi Sevinc İsgəndərova açıqlama verib.

Bildirib ki, mərhum 1963-cü ildə Bakıda anadan olub. 1980-ci ildə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutuna (indiki Azərbaycan Texniki Universiteti) daxil olub. 1985-ci ildə isə universiteti fərqlənmə ilə bitirib.

AzTU-nun rəhbərliyi və kollektivi Rəna Kərimovanın vəfatından kədərlənir, ailəsinə dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!