MIA Stadium.az-a istinadən xəbər verir ki, nazir səfər zamanı Heydər Əliyev adına İmişli şəhər stadionuna da baş çəkib. Heydərov I Divizionda çıxış edən "Mil Muğan”ın bazasıyla tanış olduqdan sonra klub rəhbərliyinə göstərişlər də verib. "Qəbələ”nin sahibi bildirib ki, komanda gec yarandığından, heyəti gücləndirmək mümkün olmayıb. Bu səbəbdən də, gələn mövsümə çox ciddi hazırlaşaraq Premyer Liqaya vəsiqə qazanmalıdırlar.
Bundan başqa, nazir stadionda lazım olan hər nə varsa hamısının yenidən təmir olunması və ot örtüyünün də dəyişdirilməsi barədə çox ciddi göstəriş verib.