"Azərpoçt" MMC-nin baş direktoruna yeni müavin təyin olunub.

Mia.az xəbər verir ki, müvafiq əmrlə Xəyyam Əlizadə  müavin təyin edilib.

Xatırladaq ki, bu ayın əvvəlində "Azərpoçt" MMC-yə yeni baş direktor da təyin olunub.

Belə ki, nazir Rəşad Nəbiyevin əmri ilə bu vəzifəyə Əfqan Cəlilov təyinat alıb.

O, bu vəzifədə Emin Əfəndiyevi əvəz edib.