Goranboy rayonunda qadın ailə münaqişəsi səbəbindən dərman içərək özünü zəhərləyib.

Məlumata görə, hadisə Safıkürd kəndində qeydə alınıb.

1983-cü il təvəllüdlü G.Əliyeva 30-a yaxın dərman preparatını qəbul edib. O, ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır/Report.