"Abşeron rayonu, Qobu qəsəbə 2 nömrəli tam orta məktəbin 11-ci sinfinin iki şagirdinin intiharı bizi dərindən kədərləndirir. Ailə və yaxınlarına səbr diləyirik".
Mia.az xəbər verir ki, bu fikirləri Təhsil naziri Emin Əmrullayev özünün feysbuk səhifəsində yazıb.
Nazir bildirib ki, mMəsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırma aparılır: "Allah rəhmət eləsin!".