Futbol üzrə Azərbaycan I Divizionunda ilk dövrə başa çatıb. Bu gün lider "Araz Naxçıvan" öz meydanında "Qaradağ Lökbatan"ı sınağa çəkib.

Mia.az xəbər verir ki, ev sahibləri Mikayıl Rəhimovun vurduğu qolla qalib gəlib və qış fasiləsinə lider yollanıb. Naxçıvan klubu ən yaxın izləyici olan "Qaradağ"la arasındakı xal fərqini 4-ə çatdırıb. 

Digər oyunlar bu hesabla başa çatıb: 

"Mil-Muğan" - "Bakılı" - 3:1

"Karvan" - "Ağsu" - 0:0

"Kəpəz" - "Energetik" - 0:0