Futbol üzrə Türkiyə kubokunda V turun oyunları davam edir.
Qol.Az-ın məlumatına görə, ikinci oyun günündə daha 3 qarşılaşma baş tutub.
Səfərdə aşağı liqa təmsilçisi "Bucaspor"un qonağı olan "Antalyaspor" rəqibini yalnız 102-i dəqiqədə vurduğu qolla məğlub etməyi bacarıb - 1:0.
Bu mövsüm Superliqada işləri yolunda getməyən "Qalatasaray" klubu kubokda inamla irəliləyir. Öz meydanında aşağı liqa təmsilçisi "Balikesirspor"la qarşılaşan "Cim Bom" rəqibini 4 cavabsız qolla keçib - 4:0.
Qeyd edək ki, Türkiyə kubokunda V turun oyunlarına bu axşam keçiriləcək 3 oyunla yekun vurulacaq.
18 dekabr
Türkiyə kuboku, V tur
"Tokatspor" - "Kayserispor" - 1:0
Qol: Yaşar, 19 (1:0)
"Eskisehirspor" - "Fethiyespor" - 0:0 (Təxirə salınıb)
"Qalatasaray" - "Balikesirspor" - 4:0
Qollar: Çolak, 29-pen (1:0), Bulud, 55 (2:0), Riera, 69 (3:0), Bruma, 90 (4:0)
"Bucaspor" - "Antalyaspor" - 0:1
Qol: Əmrə Güngör, 102 (0:1)
19 dekabr
"Sivasspor" - "Nazilli Belediyespor"
"Erciyesspor" - "Akhisar"
"Bursaspor" - "İnegolspor"
17 dekabr
"Karabükspor" - "Elazığspor" - 1:1 (Penaltilər seriyası - 2:4)
"Qalatasaray" 4 qol atdı - Kubok
DİGƏR XƏBƏRLƏR
2026-04-07 12:49
2026-04-07 12:37
2026-04-07 11:55
2026-04-06 22:59
2026-04-06 16:22
2026-04-06 14:48
2026-04-06 14:42
2026-04-06 10:11