Təhsil Nazirliyi məktəbdə keçirilən dərslərlə bağlı açıqlama yayıb.

Mia.az xəbər verir ki, bu barədə nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov feysbuk hesabında yazlb.

O bildirib ki, dərs cədvəli məktəb səviyyəsində tərtib edilib: "Bu zaman V-IX siniflərdə əyani dərslərin həftədə 2 dəfə keçirilməsi nəzərdə tutulmaqla dərslərin sayı normativi aşmadan müəyyən edilir".

Qeyd edək ki, fevral ayının 1-dən məktəblərdə əyani tədris qismən bərpa olunub.