Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı koronavirus əleyhinə vaksinin ikinci dozasını vurdurub.
TƏBİB-dən bildirilib ki, R.Bayramlı peyvənddən sonra özünü yaxşı hiss edir.
Xatırladaq ki, R.Bayramlı ilk dozanı yanvarın 18-də Bakı Sağlamlıq Mərkəzində vurdurub.
Onunla yanaşı, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev koronavirus əleyhinə peyvəndin ikinci dozasını vurdurub.
Agentlikdən bildirilib ki, Z.Əliyev ötən gün ikinci dozanı M.Ə.Əfəndiyev adına 2 saylı Şəhər Klinik Xəstəxanasında qəbul edib: “Sədr peyvənddən sonra özünü yaxşı hiss edir və hazırda işinin başındadır”/Report.