"Neftçi" liderliyə yüksəldi, "Qarabağ" uduzdu
Bu gün Topaz Premyer Liqada 17-ci tura yekun vurulub. İlk olaraq meydana "Bakı" və "Qarabağ" klubları çıxıb. Ağdam təmsilçisi bu görüşdə qalib gələcəyi təqdirdə liderliyini qoruyacaqdı. Lakin qarşılaşma paytaxt təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Mustafa Dənizlinin baş məşqçisi olduğu "Xəzər Lənkəran" klubu doğma azarkeşləri önündə "Rəvan"ı qəbul edib. İlk görüşündə "İnter"lə 0:0 bərabərə qalan Mustafa Dənizli Premyer Liqada ilk qələbəsini qazanmağa çalışacaqdı ki, bunu da bacarıb. Cənub təmsilçisi rəqibini minimal hesabla məğlub edib - 1:0.
Turun mərkəzi qarşılaşması Bakıda 8-ci km qəsəbə stadionunda baş tutub. Burada çempionluq uğrunda mübarizə aparan iki komanda - "Neftçi" və "Qəbələ" klubları üz-üzə gəliblər. Qarşılaşma paytaxt təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Bununla da "Neftçi" 34 xalla liderliyə yüksəlib.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 12:49
2026-04-07 12:37
2026-04-07 11:55
2026-04-06 22:59
2026-04-06 16:22
2026-04-06 14:48
2026-04-06 14:42
2026-04-06 10:11