"Xəzər Lənkəran" klubunun yeni baş məşqçisi Mustafa Dənizli Topaz Premyer Liqanın 17-ci turunda "Rəvan"la oyundan (1:0) sonra açıqlama verib.

Təcrübəli mütəxəssis Topaz Premyer Liqada ilk qələbəsi haqda bunları deyib: "Bizim üçün vacib oyun idi. Növbəti oyunumuzda da qalib gələcəyimizə inanıram. Hər oyunda futbolçular bir-birini daha da yaxşı başa düşəcək, turnir cədvəlində irəliləyəcəyik".