Sahib MƏMMƏDOV,
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri, vəkil
***
Aylardır televiziyalara getmirəm. Azərbaycan televiziyası evimizə yaxındı. İnsaf naminə avtomobil göndərməyi də təklif etdilər. Dedim özüm gələrəm.
"Əsas Məsələ" verlişindən çıxıb evə gələndə Dövlət Təhlükəsizlik Xidmətini keçdikdən sonra yol polisi saxlamağı işarə verdi. Yolda sıxlıq çox idi deyə Müşviq küçəsinə dönüb saxladım ki, hərəkətə mane olmayım. Deməli televiziyadan çıxadan sonra əlimə spirt vurmşudum. Polis yaxınlaşanda, gördüm maskası çənəsindədir.
Xahiş elədim ki, maskadan düzgün istifadə eləsin. Mərəkə də bundan sonra başladı. Mənimlə belə dialoq başladı:
-Piyansan?
- Yox əlbəttə. Televiziyadan çıxdım. Məncə, Siz də gördüz.
- Yox, içəridən spirt iyi gəlir.
Flakonu götürüb əlimə vurdum ki, baxın dezinfeksiya üçün istifadə etmişəm.
Tez o biri polisə səsləndi:
- Tez gəl, bu adam piyandı.
O biri polis yaxınlaşır. Maskası çənəsində. Ona da eyni sözü deyirəm. Vecinə də almır. Əmr elədilər ki, avtomobildən düşüm. Dedim düşürəm amma Siz də mənim qanunu tələbimə əməl edin. Yenə də fikir vermədilər. Düşən kimi dedilər ki, otur bizim avtomobilə həkimə aparırıq. Sən piyansan.
Onlara izah edirəm ki, Siz burda yoxlamalısız. Dirəşiblər ki, yox, ehtiyac yoxdur, sən piyansan. Avtomobilin açarını ver. Birtəhər izah edirəm ki, burda yoxlamalısız əvvəl. Nəhayət yoxlayırlar. Təbii ki, içki filan yoxdu (içki içən deyiləm. Arada 50 qram ola bilər. O da son bir ildə olmayıb).
Proses bitəndən sonra onlara deyirəm ki, Sizin tələbinizə mən əməl etdim. Amma Siz mənim tələbimə əməl etməli idiz. Maskasız yaxınlaşmalı deyildiz. Qayıdıb deyir ki, biz elə-belə adamlar deyilik. Dövlət qulluğundayıq. Bizi yoxlayırlar deyə maskaya ehtiyac yoxdur.
Düzü, şikayət yazmaq fikrim yoxdur. Ramiz Zeynalov onsuz da toxunulmaz biridir. 90-cı illərdə orda vəziyyət nə idisə, indi də elə qalır. Sadəcə əvvəllər DYP əməkdaşları bir qədər qayda-qanun bilirdi. Axır vaxtlar bunlar yollarda özlərini yumuşaq desək, adekvat aparmırlar.
İndi mən sadəcə olaraq bir şeyi bilmək istəyirəm. Hamıdan maska tələb edən polisə kim icazə verib maskadan istifadə etməməyi? Daha doğrusu, çənəsində gəzdirməyi. Məsafəyə əməl etməməyi?
P.S..İroniyaya bax ki, verlişdə sosial ədalətdən danışmışdıq. Təbii mən tənqidi fikirlərimi orda da demişdim...
MİA.AZ