Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərpoçt” MMC-nin Baş direktorunun müavinlərin sayı artırılıb.
Mia.az xəbər verir ki, 3 müavini olan Baş direktora daha iki müavin təyin olunub.
Belə ki, müvafiq əmrlə 2016-2020-ci illlərdə “AGBank” ASC-də İdarə Heyətinin sədri vəzifəsində işləyən Əfqan Cəlilovla 2019-ci ildən Mərkəzi Bankın Ödəniş sistemləri və hesablaşmalar departamentinin direktor müavini çalışan Nazim Süleymanov yeni müavinlər təyin ediliblər.