Təhsil Naziri Emin Əmrullayev məktəblərin açılması ilə bağlı paylaşım edib.

Paylaşımda deyilir:

"Bu gün uzun zaman sonra məktəbin yenidən canlandığı gündür. Yəqin ki, bu gün hər yerdə sinif yoldaşlarını, müəllimini görmək üçün məktəbə tələsən şagirdlərə rastlamısınız.

Ümid edək ki, COVID-19-la bağlı ölkə ərazisindəki vəziyyət getdikcə yaxşılaşacaq və bütün siniflər üzrə şagirdlər, həmçinin tələbələr yenidən sinfə, auditoriyaya qayıda biləcəklər"./Report