"Azərbaycanda diplom məsələsi kifayət qədər həssasdır. Diplomlarla bağlı həmişə xeyli problemlər olub".
Mia.az xəbər verir ki, bu sözləri təhsil naziri Emin Əmrullayev deyib.
O bildirib ki, biz hazırda müəyyən mənada bu problemləri yaşayırıq: "Bəzi insanlar xaricdə qanuni yolla təhsil alsa da, təəssüf ki, bəziləri qanunları pozur. Amma biz çalışırıq ki, bu məsələlərə vaxtında baxaq".