Ceyranbatan-Binəqədi magistral su xəttində yenidənqurma işlərinin aparılması ilə əlaqədar sabah Abşeron, eləcə də Bakının Binəqədi və Nərimanov rayonlarının bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Mia.az xəbər verir ki, bu barədə "Azərsu" ASC məlumat yayıb.