"Qalatasaray"-"Yuventus" oyunu 30-cu dəqiqədən etibarən təxirə salındı. Buna səbəb stadionun qarla örtülməsidir. Oyunun hakimi maçtı 20 dəqiqə təxirə salsa da, sürətlə yağan qar meydanın təmizlənməsinə imkan verməyib.

Mia.az xəbər verir ki, oyunun hakimi  UEFA ilə məsləhətləşmələrdən sonra oyunun təxirə salınması haqda qərarını açıqlayıb. Qarşılaşmanın nə zaman keçiriləcəyi haqda UEFA qərar verəcək.