Səfir Auqusto Massarinin rəhbərlik etdiyi İtaliya səfirliyinin nümayəndə heyəti Bakıda Şəhidlər xiyabanını ziyarət edib.
Bu barədə İtaliyanın Azərbaycandakı diplomatik nümayəndəliyi məlumat verib: “Səfir Auqusto Massari Bakı sakinləri ilə birlikdə 1990-cı ilin Qara Yanvar hadisələrinin qurbanlarını Şəhidlər xiyabanında yad edir”