Avropa Aviasiya Təhlükəsizliyi Agentliyi önümüzdəki həftədə təxminən il yarım əvvəl ardıcıl qəzalardan sonra uçuşları dayandırılmış “Boeing 737 MAX” təyyarələrinin yenidən uçuşlar həyata keçirməsini təsdiqləməyə hazırlaşır.

Bu barədə “France-Presse” agentliyi Agentliyin icraçı direktoru Patrik Kaya istinadla məlumat yayıb.

“Gələn həftə uçuşa yararlılıq təlimatını dərc etməyi planlaşdırırıq. Fikrimizcə, “Boeing 737 MAX” gələn həftədən etibarən yenidən Avropada uça biləcək”, - Agentlik direktordan sitat gətirib.

Xatırladaq ki, dünən Kanadanın Nəqliyyat Nazirliyi yanvarın 20-dən etibarən ölkənin hava məkanında “Boeing 737 MAX” təyyarələrinin uçuşları bərpa etməsinə icazə verib/Report.