Bir müddətdir ki, zədə səbəbindən forma geyinə bilməyən "Qalatasaray"ın futbolçusu Uesli Sneyder artıq sağalıb.

Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, hollandiyalı yarımmüdafiəçi komandanın son məşqində iştirak edib.

Onun Çempionlar Liqasının qrup mərhələsində "Yuventus"la matçda forma geyəcəyi bildirilir.

Qeyd edək ki, "Qalatasaray" - "Yuventus" matçı sabah, Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.