Macarıstan hökuməti Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin minalardan təmizlənməsi üçün 25 min avro qrant ayırıb.

Mia.az xəbər verir ki, bu barədə Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev “Facebook”dakı səhifəsində məlumat verib.

O bildirib ki, bu, böyük məbləğ deyil: "Amma dostluq münasibətlərinin ifadəsi baxımından çox dəyərlidir”.