"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi"ndə (TƏBİB) yeni təyinat olub.

Məlumata görə, Sərraf Hüseynov TƏBİB-in Kargüzarlıq və Arxiv şöbəsinin müdiri təyin olunub.

Sərraf Hüseynov faktı APA-ya təsdiqləyib. 

Qeyd edək ki, Sərraf Hüseynov bundan əvvəl Azərbaycan Dillər Universitetinin rektorunun ictimai məsələlər üzrə müşaviri, Tələbələrlə iş və tərbiyə şöbəsinin müdiri vəzifəsində çalışırdı.