Azərbaycan kubokunun 1/8 final mərhələsində səfərdə "Qaradağ Lökbatan”a 5:2 hesabı ilə qalib gələn Şahin Diniyevin komandası növbəti mərhələdə oynamaq hüququ əldə edib.

"Rəvan” klubu 1/4 finalda "Sumqayıt”ı 2:1 hesabı ilə məğlub edən "Bakı"yla üz-üzə gələcək. "Mil-Muğan"la oyunda 2:1 hesabı ilə qələbə qazanmaqla mərhələ adlayan "Qəbələ" klubu 1/4 finalda "Qarabağ” - AZAL oyununun qalibi ilə qarşılaşacaq.

"Kəpəz"i bir qolla üstələyən Bakının "Neftçi" klubu isə 1/4 finalda "İnter” – "Şuşa” oyununun qalibi ilə münasibətlərinə aydınlıq gətirəcək.

"Simurq" penaltilər seriyasında 4:2 hesabı ilə məğlub edən "Araz Naxçıvan" klubu 1/4 finala yüksəlib. Naxçıvan təmsilçisi bu mərhələdə Xəzər Lənkəran” – "Neftçala” oyunun qalibi ilə qarşılaşacaq.

Ümumulikdə isə, 2014-cü ilin martın 12-13 və 19-da baş tutacaq Azərbaycan kubokunun 1/4 final mərhələsində qarşılaşacaq cütlüklər bunlar olacaq.

qol.az