Bu gün səhər saatlarında havanın yağıntılı və küləkli keçməsi səbəbindən Lerik rayonunda yerləşən "Relax" istirahət mərkəzinin elektrik enerjisi təchizatında fasilə yaranıb.

Mia.az Report-a istinadla xəbər verir ki, mərkəzin əməkdaşları elektrik enerjisi təchizatını bərpa etmək istəyib.

Bu zaman isə qırılmış naqili birləşdirən mərkəz əməkdaşını (adı dəqiqləşdirilir) elektrik cərəyanı vuraraq öldürüb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Xatırladaq ki, "Relax" deputat İqbal Məmmədova məxsusdur.