Azərbaycanda daha bir vəkil dünyasını dəyişib.

Mia.az xəbər verir ki, 15 saylı vəkil bürosunun vəkili Heydər Əsgərov COVID-19 xəstəliyindən vəfat edib.

Vəkillər Kollegiyasından məlumatı “Report”a təsdiqləyiblər.

Qeyd edək ki, son bir neçə gün ərzində Azərbaycan Vəkillər Kollegiyasının üzvləri - Əli Ələkbərov, Adil İsmayılov, Yusif Seyidov və Tahir Əlirzayev koronavirusdan, İdris Qasımov isə uzun sürən xəstəlikdən vəfat edib.

Allah rəhmət eləsin!