"100 il bundan əvvəl Azərbaycan Xalq Cümhuriyyətinin xaricə təhsil almaq üçün göndərdiyi 102 tələbədən biri də Mirismayıl Seyidzadə idi. Onun varisi Nuri Saryal ilə 2 il əvvəl Ankarada evində görüşmüşdük".
Mia.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov məlumat yayıb.
Bildirib ki. "Cümhuriyyət tələbələri" layihəsinin ilk buraxılışını da ondan başlayıblar: "Əslən Gəncədən olan Nuri bəy Türkiyənin elektron sənayesinin öndəri "Aselsan" kimi təsislərinin qurucularından biri idi. Orta Şərq Texniki Universitetinin (ODTÜ) rektoru olmuşdu. Çox təəssüf ki bu gün vəfat xəbərini eşitdik. Azərbaycanın dəyər rəmzi idi.
Allah rəhmət etsin!".