Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakının Zığ qəsəbəsində yerləşən modul tipli hospitalında koronavirusdan müalicə olunan həkim vəfat edib.

Mia.az Report-a istinadla xəbər verir ki, hadisə bu gün səhər saatlarında baş verib.

Virusa yolxduğuna görə hospitala yerləşdirilən Salyan rayonunun Kürqaraqaşlı kənd sakini, 1958-ci il təvəllüdlü Ələkbərov Seymur Əhməd oğlu dünyasını dəyişib.

İxtisasca cərrah olan S.Ələkbərovun şəkər xəstəliyindən əziyyət çəkdiyi bildirilir.