Bu ilin iyul ayında Naxçıvan Muxtar Respublikasının ərazisinə keçən Ermənistan vətəndaşı, 30 yaşlı Narek Sardaryan ölkəsinə göndərilib.
Mia.az Report-a istinadla xəbər verir ki, dekabrın 15-də əsir və girovların dəyişdirilməsi ilə bağlı əldə olunmuş qarşılıqlı razılaşmaya uyğun olaraq Narek Sardaryan Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində hər iki tərəfdən olan heyətlərin iştirakı ilə Ermənistana təhvil verilib.