Bakıda yol qəzası baş verib.

Hadisə Novxanı-Binəqədi yolunda qeydə alınıb.

Belə ki, 99-SD-161 dövlət nömrə nişanlı "Nissan Sentra" markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yol kənarındakı işıq dirəyinə çırpılıb. Qəza səbəbindən sürücü xəsarət almasa da, avtomobilə ciddi ziyan dəyib.

Araşdırma aparılır./Report