Bu ilin fevral ayında ölkədə keçirilən  parlament seçkilərində 8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa namizəd olmuş hüquqşünas, Xəyal Məmmədxanlı koronavirus xəstəliyindən vəfat edib.

Mia.az xəbər verir ki, bu barədə jurnalist Hacıbəy Heydərli sosial şəbəkə hesabında məlumat verib.

"Koronavirus daha bir gənc ziyalımızı, dəyərli insanı bizdən aldı. 2 ay öncə bir verilişdə qonaq idik. Hadrutun işğaldan azad edilməsi xəbərini məndən eşitdi, sevincindən gözləri doldu. COVİD-ə yoluxana qədər də ön cəbhədə idi, əsgərlərə yardım aparırdı".

Allah rəhmət eləsin!