"Sumqayıt" "Neftçi" ilə oyunun baş
hakimi Fariz Yusifovdan narazı qalıb. Belə ki, bu gün "Neftçi" ilə "keçirilən oyundan sonra klubun prezidenti Kamran Quliyevlə baş məşqçi Aqil Məmmədov hakimlərə üsyan ediblər.
Baş məşqçi mətbuat konfransında penaltilərinin verilmədiyini
bildirib: "Fikrimcə, "Neftçi"nin qapısına 11 metrlik cərimə
zərbəsi təyin olunmalı idi. Yan xətt hakimi də bayrağını qaldırdı, lakin baş
hakim penalti vermədi".
Klubun prezidenti isə AFFA və PFL-i "Sumqayıt"
çempionatdan çıxarmaqla hədələyib:
"Belə
hakimlik Azərbaycan futboluna ləkədi. Elə AFFA-ya, PFL-ə, Xaqani
Məmmədovun da adına ləkədi. Bu qədər haqsızlıq olmaz! Biz milli komanda üçün
futbolçu yetiişdirirk, ancaq hansısa hakim əziyyətimizi yerə vurur. Başa düşə
bilmirəm ki, hakim təmiz penaltimizi niyə vermir? Belə çxır ki, hakimlər
zəifləri sıxır güclülərə güzəştə gedir. Axı belə də olmaz. Bununla
çempionatımıza zərbə vururlar. Belə davam etsə, "Sumqayıt"ı
çempionatdan çıxaracam. Biz belə haqsızlıqlarla dolu çempionatda oynamaq
istəmirik".