Daxili İşlər Nazirliyi (DİN) Daxili Qoşunların giziri Həsənov Faiq Hüseyn oğlu Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olub.

Mia.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, gizir Həsənov Faiq Hüseyn oğlu 1990-cı ilin iyulun 28-də Bakıda doğulub.

Bu ilin oktyabrın 10-da Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olub.

Allah rəhmət eləsin!