Gədəbəy rayonu Dəyəqarabulaq kənd tam orta məktəbinin Azərbaycan dili müəllimi Kənan Müzəffərli Zəngilan istiqamətində gedən döyüşlərdə şəhid olub.

Mia.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyi məlumat yayıb.

Təhsil Nazirliyinin rəhbərliyi və kollektivi şəhidimizə Allahdan rəhmət diləyir, yaxınlarına dərin hüznlə başsağlığı verib.

Allah rəhmət eləsin!