Qadın voleybolçular arasında Çempionlar Liqasında (ÇL) III turun oyunları keçirilir. Virtualaz.org xəbər verir ki, nüfuzlu turnirdəmübarizəaparan Bakının "Rabitə” klubu dünən Almaniyada "Dresdner”i "quru” hesabla udub - 3:0 (25:19, 25:23, 25:20). "Rabitə” 8 xalla A qrupunda liderdir.

ÇL-dəB qrupunda mübarizəaparan "İqtisadçı” ötən gün Bakıda İtaliya"Pyaçentsa”sına uduzub - 1:3 (16:25, 18:25, 25:21, 20:25). "İqtisadçı” 5 xalla qrupda 3-cü yerdədir.

ÇL-dəki digər təmsilçimiz "Azəryol” isəbu gün İtaliyada "Konegliano”nun qonağı olacaq. Qarşılaşma Bakı vaxtı iləsaat 23:30-da başlayacaq. "Azəryol” 2 oyundan 2 xalla E qrupunda 3-cü yerdədir. "Konegliano” 5 xalla 2-cı sırada mövqe tutur. Artıq 3 oyun keçirmiş "Qalatasaray” (Türkiyə) 7 xalla qrup lideridir.