Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində V turun oyunlarına yekun vurulacaq. 


A qrupunun lideri "Mançester Yunayted" səfərdə "Bayer"in (Leverkuzen) qonağı olacaq. Digər oyunda "Şaxtyor" "Real Soseydad"ı qəbul edəcək.

B qrupunda "Yuventus" öz meydanında "Kopenhagen"i sınağa çəkəcək. Digər maraqlı oyun Madriddə baş tutacaq. Burada yerli "Real" "Qalatasaray"ı qəbul edəcək.

C qrupunun lideri PSJ doğma meydanda "Olimpiakos"la üz-üzə gələcək. Digər oyunda isə "Benfika" Belçikada "Anderlextin" qonağı olacaq.

D qrupunda Moskva CSKA-sı "Bavariya"nı qonaq edəcək. Digər oyunda "Mançester Siti" Çexiyada "Viktoriya" ilə qarşılaşacaq.