Çempionlar Liqası: "Çelsi", "Atletiko", "Borussiya"....
Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində V turun oyunlarına start veriləcək.
E qrupunun lideri "Çelsi" klubu səfərdə "Bazel"in qonağı olacaq. Digər oyunda isə "Styaua" klubu evdə "Şalke"ni qəbul edəcək.
F qrupunda "Arsenal" klubu doğma meydanda "Marsel"lə qarşılaşacaq. Almaniyada isə "Borussiya" (Dortmund) klubu öz meydanında "Napoli" ilə münasibətlərinə aydınlıq gətirəcək.
G qrupunun ilk oyununda Madrid "Atletiko"su Rusiyada "Zenit"in qonağı olacaq. Digər görüşdə isə "Porto" doğma azarkeşləri önündə "Avstriya"nı sınağa çəkəcək.
H qrupunda lider "Barselona" klubu Hollandiyada "Ayaks"la qarşılaşacaq. Şotlandiyada isə "Seltik" klubu öz meydanında "Milan"la münasibətlərinə aydınlıq gətirəcək.
Qeyd edək ki, ÇL-də V turun oyunlarına sabah keçiriləcək daha 8 oyunla yekun vurulacaq.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 12:49
2026-04-07 12:37
2026-04-07 11:55
2026-04-06 22:59
2026-04-06 16:22
2026-04-06 14:48
2026-04-06 14:42
2026-04-06 10:11