“BioNTech” şirkətinin qurucusu və baş direktoru professor Uğur Şahin koronavirusa qarşı peyvəndin gələn ay hazır ola biləcəyini açıqlayıb.

Bu barədə məlumatı “Reuters” yayıb.

“Əgər hər şey planlaşdırdığımız kimi gedərsə, ABŞ-dan təcili vəziyyətdə istifadə icazəsini dekabrın ilk yarısı və ya ikinci yarısının əvvəlində ala biləcəyik”, - U.Şahin bildirib.

Onun sözlərinə görə, Avropa İttifaqından lisenziya isə dekabrın ikinci yarısında veriləcək: “Bunların hamısı qarşıya qoyulan tələbləri ödəməyimizə bağlıdır. Əgər nəzərdə tutduğumuz kimi olsa və lisenziyanı alsaq, peyvəndlərin paylanmasına miladdan (dekabrın 25-dən öncə - “red) öncə başlaya bilərik”.

Qeyd edək ki, Amerikanın nəhəng farmaseftik şirkətlərindən olan “Pfizer” və Almaniyanın biotexnoloji “BioNTech” firması onların koronavirusa qarşı vaksinin COVID-19 ilə mübarizə üçün üçün 95 % effektiv olduğunu elan edib/Report.