Azərbaycan Ordusunun əsgərləri Azıx mağarasından görüntülər çəkiblər.

Bu barədə sosial şəbəkədə video yayılıb.

Videoçəkilişi aparan hərbçi mağara daxilində ermənilərin tikinti-qazıntı işləri ilə məşğul olduqlarını nümayiş edib.

Xatırladaq ki, noyabrın 9-da Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Ordusunun Xocavənd rayonunun Azıx kəndini işğaldan azad etdiyini açıqlayıb.