İkinci Qarabağ müharibəsi zamanı Ermənistanın Füzuli rayonu ərazisinə atdığı ağ fosforlu mərmi zərərsizləşdirilib.
Mia.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tvitterdə qeyd edib.
O faktı təsdiqləyən videonu da statusuna əlavə edərək, bildirib ki, Füzuli rayonunda beynəlxalq KİV-in kameraları qarşısında Ermənistanın atdığı ağ fosfor mərmisi zərərsizləşdirilib: "Ağ fosforun istifadəsi qadağandır”.