Bu gün "Şuşa”nı
evdə qəbul edən "Araz-Naxçıvan” minimal hesablı qələbə qazandı. Matçda yeganə
qolun müəllifi olan Elmin Çobanov "Araz-Naxçıvan”ın rəsmi facebook səhifəsinin suallarını
cavablandırıb.
- Elmin, əvvəla təbrik edirik ki, komandamız bu gün qələbə qazandı...
- Çox sağ olun. Bütün bu qələbəyə sevinənləri də mən öz adımdan və
komandamız adından təbrik edirəm.
- Ümumilikdə, rəqibi necə dəyərləndirərdin?
- Rəqib heç də zəif deyildi. Maraqlısı odur ki, bu il birinci divizonda
bir-iki komandanı çıxsaq, qalan komandalar hamısı güclü heyətə malikdirlər. Ona
görə də biz hər oyuna sonuncu matç kimi çıxırıq.
- Artıq "Araz-Naxçıvan"da qol hesabını açmısan və aktivində 4
qol var. Qolların davamı gələcək? Azarkeşlər səndən bunun davamını gözləsin?
- İnşallah. Allahın köməyi ilə axrıncı yox, axarıncı qol olacaq.
- "Araz-Naxçıvan" azarkeşləri komandanın futbolçuların
hərəsinə bir ləqəb qoyub. Onlar səni komandanın "katyuşası" adlandırır.
Bunun da mənası odur ki, əsasən rəqiblərin qapısına uzaq məsafələrdən qollar
vururusan. Bu ləqəb sənə necə təsir bağışlayır?
- Əlbəttə, gözəl təsir bağışlayır. Deməli, nə isə etmişəm ki, onlar bu
ləqəbi mənə veriblər. Bu həm də məsuliyyətdir. Çalışacağım ki, onların bu
etimadını doğruldum.
- Elmin, "ev” oyunlarında azarkeş sarıdan korluq çəkməmisiniz. Səfər
oyunları müxtəlif bölgələrdə keçirilsə də, artıq 2 (red. Qusar və Bakıda)
oyundur ki, azarkeşlər sizi səfərdə də dəstəkləyir. Həmin oyunlarda necə,
azarkeş amili oyununuza təsir edibmi?
- Əbəs yerə azarkeşlərə 12-ci oyunçu deyilmir. Qusarda "Şahdağ” və
Bakıda MOİK-lə baş tutan görüşdə onlardan lazımi dəstəyi gördük və onları
sevindirdiyimizdən xoşbəxtik. İnanıram ki, qarşıdakı Mingəçevir səfərində də
onlar bizi tək buraxmayacaqlar.
- Qarşıda Mingəçevir "Energetik”i ilə, ardınca "Simurq"la
kubok matçı var. "Simurq"u "offsayd"da salmaq mümkün
olacaq?
- Məğlubedilməz komanda yoxdur. Bu gün "Simurq”un Premyer Liqada
oynaması bizi qorxutmur. Komandamıza inanıram.
- Bu gün meydana çıxanda qol vuracağına ümidli idin, yoxsa təsadüf
alındı?
- Nəinki bu gün, hər dəfə meydana çıxanda qol vurmaq eşqi ilə çıxıram.
İmkan düşəndə qol vurmağa çalışıram.
Məqsədim odur ki, məqşilər korpusunun mənə olan etimadını, inamını
doğruldum. Əsas komanda qələbə qazanır və istəyimizə nail oluruq.
- Maraqlıdır, Elmin Çobanov bu qolu kimə həsr etdi?
- Ailə həsr edirəm. Çünki bu gün bir futbolçu kimi yetişməyimdə ailəmin
rolu danılmazdır.
Müsahibəni aldı: Emin