Topaz Premyer Liqanın bu gün baş tutan "İnter” – "Neftçi” oyunundan (3:1) sonra hər iki komandanın futbolçuları və texniki işçiləri arasında dava düşüb. Hadisə paltardəyişmə otağına gedən dəhlizdə baş verib.

 Qeyd edək ki, matç zamanı da futbolçular arasında gərginlik yaşanıb və bu, oyundan sonra da davam edib və əlbəyaxa dava həddinə çatıb.